AZ

“Qarabağ” “Sabah”la heç-heçə etdi

Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir. 

QOL.az xəbər verir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edib. Matç qolsuz bərabərliklə bitib.

Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, Ağdam klubu 57 xalla çempionatın vahid lideridir. “Sabah” isə 33 xalla beşinci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası, XXIV tur

22 fevral (şənbə)

19:00. “Qarabağ” - “Sabah” - 1:1 

Qollar: Abdullah Zubir, 17 (1:0), Cesse Sekidika, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Araz-Naxçıvan” - “Səbail” - 0:0

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov

VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

23 fevral (bazar)

14:30. “Şamaxı” - “Turan Tovuz”

17:00. “Zirə” - “Kəpəz”

21 fevral (cümə)

19:00. “Neftçi” - “Sumqayıt” - 1:0
Seçilən
10
5
sherg.az

10Mənbələr