AZ

Şahbaz Şərif Azərbaycana gəlir - Qarabağa da gedəcək

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana 2 günlük dövlət səfərinə hazırlaşır.

Turkustan.az Pakistan mətbuatına istinadən xəbər verir ki, bu, onun 2024-cü ilin martında vəzifəyə başladıqdan sonra Azərbaycana ikinci səfəridir.

Şahbaz Şərifi Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar və digər yüksək vəzifəli şəxslər müşayiət edəcək.

Səfər zamanı enerji, ticarət, müdafiə, təhsil və iqlim sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığı gücləndirmək üçün bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir.

Baş nazirin Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinində (AZPROMO) təşkil olunan Biznes Forumda çıxışı da planlaşdırılır. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərə səfər edəcək, onun Füzulidə olacağı bildirilir. /modern.az/

Seçilən
10
1
turkustan.az

2Mənbələr