AZ

NİİM-dən sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və svetoforlar daim nəzarətdə saxlanılır.

Yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür.

Xüsusi qeyd: Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi tərəfindən yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırılma təmin ediləcək", - deyə müraciətdə qeyd edilib.

Milli.Az

Seçilən
40
4
milli.az

10Mənbələr