AZ

"Hər iki komanda 1 xal qazandı" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində bu gün öz meydanında “Sabah”la heç-heçə edən (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, Tofiq Bəhrəmov adına Respublika stadionunda reallaşan qarşılaşmanın ardından belə danışıb:

“Futbolçularıma təşəkkür edirəm. Oyunun sonlarına yaxın matçın sürəti artdı. Sanki bu matçda hansısa komanda məğlub olsaydı, çox üzülərdi. Hər iki komanda 1 xal qazandı. Azarkeşlərimizə də təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı idi. Get-gedə matç daha da aktivləşdi. Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi.

Hazırda Kurban Berdiyev və Vasili Berezitskinin çalışdırdığı komandalar “Qarabağ”a məğlub olmayıb. Bu faktda nəzər yetirmisinizmi sualına mütəxəssis belə cavab verib:

Böyük təcrübə keçmiş məşqçilərdi. “Sabah”a yenə məğlub ola bilərdik. Bu normaldı. Bəlkə daha yaxşı analiz ediblər… Biz də analiz edirik. Belə bir termin yoxdu ki həmişə “Qarabağ” qalib gəlməlidi. Ümumən, komandadan razıyam. İşimizi sezonluq görürük. 7-8 futbolçunun müqaviləsi bitir. Hələ vaxtımız var. Ümumən futbol elə bir oyundu ki, fikirlərdə dəyişikliklər olur. İlin sonuna hələ var. Bu mövsümə köklənmişik”.

 

Seçilən
16
fanat.az

1Mənbələr