AZ

Arestoviç söz verdi: Zelenskini həbs etdirəcəm

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç hakimiyyətə gələrsə, Vladimir Zelenskini mühakimə edəcəyinə söz verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə hazırda axtarışda olan Arestoviç jurnalist Aleksandr Şelestlə onlayn yayımda bildirib.

“İnsanlar məndən tez-tez soruşmağa başlayıblar: prezident olsam, Zelenskini həbs edəcəm? Axı mən bunu necə edə bilərəm? Həbs qərarını məhkəmə verir. Ancaq onun tutulması üçün göstəriş verəcəm”, - o deyib.

Arestoviç heç bir xarici ölkənin Zelenskini və onun dəstəsini xilas etməyəcəyini iddia edib:

“Biz hamını tutacağıq, harada gizlənməsindən asılı olmayaraq, onları yerin altından çıxaracağıq, geri gətirəcəyik və hökmü canlı efirdə oxuyacağıq”.

Onun fikrincə, Zelenskinin “başından bir tük də” əskik olmamalıdır, o, ömürlük həbsdə yatmalıdır.

Qeyd edək ki, bəzi iddialara görə, Qərb Arestoviçə “Zelenskini əvəzləyəcək ehtiyat kadr” kimi baxır.(Axar.az)

Seçilən
18
8
olke.az

10Mənbələr