AZ

Qarlı havada 165 nəfər xəsarət alıb

Qarlı havada 165 nəfər xəsarət alıb.

 

Senzor.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

 

Məlumata görə, indiyə qədər hava şəraiti ilə əlaqədar  İnstituta 165 nəfər xəsarət alan müraciət edib.

 

Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.

 

**13:41

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Qeyd olunub ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

 

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub",- deyə məlumatda vurğulanıb.

Seçilən
46
50
senzor.az

10Mənbələr