AZ

Rahilsiz "Radomiak" qalib gəldi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” Polşa Ekstraklasasında 22-ci tur oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda evdə “Legiya” ilə üz-üzə gəlib. “Radomiak” görüşdə 3:1 hesablı qələbə qazanıb.

Rahil bu görüşdə iştirak etməyib. 29 yaşlı müdafiəçi ehtiyatda qalıb

Hazırda turnir cədvəlində "Legiya" 36 xalla 5-ci, "Radomiak" isə 24 xalla 13-cüdür.

Polşa ekstraklasası, 22-ci tur

22 fevral

"Radomiak" – "Legiya" - 3:1

Qollar: Kapita, 17, Qrzesik, 42, Aqouzol, 54 – Kapustka, 6

Seçilən
36
teleqraf.com

1Mənbələr