AZ

Tramp MÜJDƏ VERDİ

"ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatması ilə bağlı razılaşmanın artıq bu həftə əldə olunacağına qəti əmindir".

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

"ABC News" qeyd edib ki, ona ABŞ və Rusiya liderləri arasında görüşün nə vaxt keçirilə biləcəyi ilə bağlı sual verilib. Buna cavab olaraq Levitt deyib ki, onun deməyə sözü yoxdur, lakin ABŞ prezidenti əmindir ki, o, Rusiya və Ukrayna arasında hərbi əməliyyatları dayandırmaq üçün artıq bu həftə razılaşma əldə edəcək.

Siyasətçilərin görüşünə hazırlıq gedir. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov qeyd edib ki, sammitdən əvvəl Rusiya və Amerika tərəfləri ekspertlər səviyyəsində görüş keçirəcək. Əsas məqsəd Rusiya ilə ABŞ arasındakı münasibətlərdə “bütün qıcıqlandırıcı bloku” müzakirə etməkdir.

Tərəflər arasında dialoq iki mövzu ətrafında qurulub: Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər.

Seçilən
14
1
publika.az

10Mənbələr