AZ

Maska qarşı qəzəb ARTIR: “Tesla”ya silahlı basqın olundu - FOTO

ABŞ-ın Oreqon ştatında “Tesla”nın rəsmi dilerinin ofisinə silahlı basqın olub.

News24.az xəbər verir ki, naməlum şəxslər ofis binasının şüşələrinə atəş açıb və orada “İlonu öldürün” (“Tesla”nın sahibi İlon Mask red.) hədəsi ilə qeyd qoyublar.

Qeyd edək ki, ötən gündən etibarən ABŞ-nin bir sıra ştatlarında ölkə Prezidenti Donald Tramp və amerikalı milyarder İlon Maska qarşı nümayişlər keçirilir. Etirazçılar, Tramp və amerikalı milyarder İlon Maskın bəyanatlarından narazıdırlar. Aksiya iştirakçıları əsasən, immiqrasiya siyasətinin gücləndirilməsinə və federal xərclərin azaldılmasına qarşı çıxıblar. /bizim.media/az



Seçilən
17
4
news24.az

10Mənbələr