ABŞ-nin Cənubi Karolina ştatı martın 7-də 67 yaşlı Bred Siqmonu güllələməklə edam etməyi planlaşdırır.
Demokratikmusavat.comxəbər verir ki, bu, son 15 ildə ilk belə hadisə olacaq. Bred Siqmon, 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini öldürməkdə təqsirli bilinib. Edam üçün Siqmonun elektrik stulu, odlu silah və ya öldürücü iynə arasında seçim etməyə icazə verilib.
ABŞ-də son 15 ildə yalnız üç nəfər edam edilib və bunlar yalnız Yuta ştatında baş verib, sonuncusu 2010-cu ildə olub. Bu cür edamlar ölkə daxilində ciddi müzakirələrə səbəb olur və müxtəlif hüquq müdafiə təşkilatları tərəfindən etirazlara səbəb olmuşdur.(Milli.Az)