Məhəmməd Salahın hazırkı klubunda qalmaq perspektivi ilə bağlı növbəti xəbər yayılıb. Təcrübəli futbolçu, nəhayət, “Liverpul” rəhbərliyi ilə danışıqlara başlayıb.
Söhbət misirli vingerin klubla müqaviləsinin mümkün yenilənməsi ilə bağlı prosesin başlamasından gedir. “El Nacional”ın məlumatına görə, komandanın baş məşqçisi Arne Slotun Məhəmmədə göstərdiyi etimad futbolçunu klubdan ayrılmaq fikrindən daşınmağa vadar edib. Salahın hazırkı müqaviləsinin müddəti bu il iyunun 30-na qədərdi. Son xəbərdə rəhbərliyin onu qalmağa razı salmaq üçün şərtləri daha cəlbedici olacaq müqavilə hazırladığı bildirilir.
Qeyd edək ki, uzun müddətdi Səudiyyə Ərəbistanı klublarının Salahı Asiyaya aparmaq üçün səylərini davam etdirdiyi məlumdu. “Əl-İttihad”ın hətta 32 yaşlı futbolçuya ümumilikdə 200 milyon avrodan çox maaşı nəzərdə tutan 3 illik müqavilə təklif etməyə hazır olduqları da iddia edilir. Bu isə inandırıcı görünən məlumatdı. Ona görə ki, Məhəmməd cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 36 matçda 28 qol vurub və 19 məhsuldar ötürmə verib!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta