AZ

Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alınıb

Dünən gecə saatlarına olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən xəbərə görə, ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Ağdamda Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qrız, Xaltan, Şabran, Şahdağ, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 11, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
15
13
ekologiya.az

10Mənbələr