Peruda ticarət mərkəzində damın uçması fəlakətə səbəb olub.
Milli.Az xəbər verir ki, ilkin məlumata görə, faciə nəticəsində 8 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Perunun Trujillo şəhərində baş vermiş hadisə zamanı həlak olanlar arasında 3 uşaq da olub.
Hadisədən sonra bütün axtarış-xilasetmə işləri aparılır. Ölənlərin sayının arta biləcəyi ehtimal olunur.
Milli.Az