AZ

Makron Ərdoğan və digər liderlərlə danışdı

Fransa prezidenti Emmanuel Makron bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Key Starmer və Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Modern.az-ın məlumatına görə, Makron bu barədə X hesabında yazıb.

"Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Şolts, Starmer, Ərdoğan və Orbanla danışdım.Avropalı həmkarlar və müttəfiqlərlə son müzakirələrdən sonra biz Ukraynada sülhün bərpasına nail olmağa sadiqik", - Makron qeyd edib.

O vurğulayıb ki, nizamlanma ədalətli, davamlı və uzunmüddətli əsasda olmalıdır və qarşıdan gələn danışıqlar Avropanın təhlükəsizliyini gücləndirməlidir.

Seçilən
16
5
modern.az

8Mənbələr