AZ

"Abşeron" yatağının işlənilməsinin ikinci fazası üçün FEED mərhələsi başlayıb (ÖZƏL)

Bakı.Trend:

“Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün Front EndEngineering Design (ilkin layihələndirmə - FEED) mərhələsibaşlayıb.

Bu barədə Trend-ə“TotalEnergies”in Bakı ofisindən məlumat verilib.

“Yataqların işlənilməsinin ikinci fazası üçün FEED mərhələsi(tammiqyaslı işlənilmə - FFD) il ərzində yekun investisiyaqərarının (FID) qəbul olunmasına hazır olmaq məqsədilə 2025-ci ilinəvvəlindən başladılıb”, - şirkətdən bildirilib.

“TotalEnergies”dən vurğulanıb ki, 2023-cü ilin iyul ayındanetibarən fəaliyyət göstərən və illik 1,5 milyard kubmetr qaz vəsutkalıq 12,000 barel kondensatın hasilatını təmin edən “Abşeron”yatağının ilkin işlənilməsi mərhələsi çərçivəsində hasilatın sabitvə təhlükəsiz səviyyədə aparılması təmin olunur.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometrşimal-şərqdə yerləşir.

“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayındanetibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir.

Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olanqazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilənəql olunur.

X: @Lyaman_Zeyn

Seçilən
28
4
az.trend.az

6Mənbələr