AZ

İsrailin Suriyadakı işğalı qalıcı olacaq - Netanyahu

Bakı, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubundakı mövcudluğunun daimi olacağını bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Suriyanın cənubunu işğal etməsi ilə bağlı mövqeyini açıqlayaraq, Dəməşqin cənubunun tamamilə silahsızlaşdırılmasını tələb etdiklərini vurğulayıb.

"Biz yeni rejim qüvvələrinin Dəməşqin cənubuna daxil olmasına icazə verməyəcəyik. Suriyanın cənubu tamamilə silahsızlaşdırılmalıdır”, – deyə Netanyahu bildirib.

Netanyahu İranın İsrailə qarşı təzyiqlər göstərdiyini iddia edərək, bu ölkəyə qarşı ciddi hücumlar həyata keçirdiklərini deyib.

"İran rejimi İsraili boğmağa çalışır, amma biz onlara çox ağır zərbələr endirdik", – deyə o qeyd edib. Netanyahu əlavə edib ki, İsrail İranın raket istehsalına ciddi ziyan vurub, lakin əsas məqsədlərinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu vurğulayıb.

Netanyahu çıxışı zamanı İsrailin HƏMAS-la əldə etdiyi atəşkəs və məhbus mübadiləsi razılaşmasına toxunaraq, müharibənin hədəflərinə sadiq qaldıqlarını və bütün israilli məhbusları geri qaytarmaq üçün səylərin davam etdiyini bildirib.

O, ABŞ prezidenti Donald Trampa da təşəkkür edərək, onun açıqlamalarının əsirlərin vaxtından əvvəl azad edilməsinə kömək etdiyini və İsrailə göndərilən silahlar, xüsusilə yüksək tonajlı bombalar üçün minnətdarlığını ifadə edib.

Nitqi zamanı Netanyahu HƏMAS tərəfindən təhvil verilmiş Bibas ailəsinin fotosunu nümayiş etdirib. Bu zaman mərasim iştirakçıları “Niyə onları xilas etmədin?” şüarları ilə ona etiraz ediblər.

Netanyahu işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun fəaliyyətinə də toxunaraq, son illərdə ilk dəfə bölgəyə tankların göndərildiyini bildirib.

Eyni tədbirdə çıxış edən İsrailin müdafiə naziri Yisrael Katz isə hücumların daha da genişləndiriləcəyini və gücləndiriləcəyini bəyan edib.

Seçilən
52
18
turkic.world

10Mənbələr