AZ

DSX-nin birləşmə və hərbi hissələrində gənc sərhədçilər and içiblər – VİDEO

Fevral ayının 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş bayrağı sıra meydanına gətirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti daha da artır, sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla icra edir.

Valideynlər çıxış edərək övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olub, xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

2

3

4

5

6

7

8

9

Seçilən
89
10
poliqon.az

10Mənbələr