AZ

Qarlı havada 300 nəfər xəsarət alıb - YENİLƏNİB

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

"Səkkiz nəfər əməliyyat üçün stasionara qəbul edilib", - deyə məlumatda bildirilib.

***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.

Seçilən
64
49
avtosfer.az

10Mənbələr