Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun "Zirə" - "Kəpəz" matçının başlama saatı dəyişdirilib.
Milli.Azxəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Daha əvvəl görüşün bu gün saat 16:00-da start götürməsi planlaşdırılırdı.
Milli.Az