AZ

Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik - XİN

Bakı. Trend:

Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycanaqarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşmaprosesində əsas maneəni aradan qaldıracağını gözləyirik.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Respublikası xarici işlərnazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan HüquqlarıŞurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasındaErmənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavabverərkən deyib.

"Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəflimüzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişininhazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyasıistiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətliirəliləyiş əldə ediblər.

İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlərvasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildəimtina etməklə normallaşma prosesində əsas maneəni aradanqaldıracağını gözləyirik", - o qeyd edib.

Seçilən
34
18
az.trend.az

7Mənbələr