AZ

Xəbərdarlıq edildi: Tramp NATO-ya düşməndir, Avropa buna hazır olsun!

NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen ABŞ prezidenti Donald Trampın NATO ilə “düşmən” olduğunu bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Avropa Trampın NATO-ya qarşı düşmənçilik siyasəti qarşısında öz təkliyi ilə üzləşməlidir.

“NATO-ya açıq düşmənçilik edən ABŞ prezidenti ilə üzbəüz gələn Avropa buna qarşı durmalıdır. Sülh dövründə Avropanın müdafiədə barışmazlığı, varlığımız üçün risk olmasa da, bizi müdafiəsiz qoydu. Ancaq bu gün NATO-ya düşmənçilik edən Trampla üzləşən Avropa həm varlığının təhlükə altında olması, həm də tək görünməsi faktı ilə üzləşməlidir”, - Rasmussen “Economist” jurnalı üçün yazdığı məqalədə qeyd edib.

O, NATO ölkələri arasında münasibətlərin dağıldığını və Trampın Qrenlandiyanı ilhaq, Avropanı isə ticarət müharibəsi ilə hədələdiyini bildirib.

Seçilən
53
publika.az

1Mənbələr