Türkiyə ordusu İraqın şimalındakı Qəndil və “Pəncə-Kilid” antitteror əməliyyatı bölgəsində 5 PKK terrorçusunu, Suriyanın şimalında “Sülh çeşməsi” antitteror əməliyyatı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terror yuvalarını məhv etməyə davam edəcəyik”, - deyə vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.
Daşqın HəsənovMissiya.Az