AZ

Sabahın havası ? sulu qar gözlənilir

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 0-3° şaxta

Gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu

Gecə 1-6° şaxta

Gündüz 3-7° isti

Dağlarda gecə 8-13° şaxta

Yüksək dağlıq ərazilərdə 18-23° şaxta

Gündüz 3-8° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

Seçilən
64
49
banker.az

10Mənbələr