AZ

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə başlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə start verilib".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi ölkədə su ehtiyatlarının səmərəli idarə olunmasına və alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edəcək:
"Layihə çərçivəsində duzsuzlaşdırılmış suyun həm sənaye müəssisələri, həm də əhali üçün məişət məqsədilə istifadəsi nəzərdə tutulur. Bu təşəbbüs su qıtlığı ilə bağlı problemlərin aradan qaldırılmasına və su ehtiyatlarının dayanıqlılığının artırılmasına töhfə verəcək".
Seçilən
50
8
oxu.az

9Mənbələr