Pep Qvardiola "Mançester Siti"nin qış "transfer pəncərəsi"ndə heyətinə qatdığı yeni futbolçuların performansını qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi onların çıxışını müsbət dəyərləndirib:
"Xusanov "Çelsi", "Orient", "Nyukasl", "Real Madrid" və "Liverpul" ilə oyunlarda meydana çıxdı. Həqiqətən yaxşı oynadı. Marmuş da həmçinin. Niko az oynasa da yaxşı formadadır".