AZ

Sənaye sahəsinə verilən biznes kreditlərinin həcmi bir ayda - 21 MİLYON MANAT AZALIB

2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 690,1 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bu növ kreditlərin həcmi aylıq müqayisədə 21,2 milyon manat (0,8%) azalıb, illik müqayisədə 22,1 milyon manat (0.,8%) böyüyüb.

Qeyd edək ki, sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 2 milyard 711,3 milyon manat,  ötən ilin eyni dövrünə 2 milyard 668 milyon manat  təşkil edib.

2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 709,9 milyon manat təşkil edib.

Biznes kredit portfeli aylıq müqayisədə  77,3 milyon manat (0,5%) kiçilib, illik müqayisədə 1 milyard 797 milyon manat (13,9%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin yanvarın-nə  14 milyard 787,2 milyon manatın,  ötən ilin eyni dövrünə 12 milyard 912,9 milyon manat  təşkil edib.

Seçilən
63
14
fed.az

10Mənbələr