AZ

Türkiyə futbolunda derbilərlə bağlı yeni qərar - Əcnəbi hakimlər idarə edəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" - "Fənərbağça" matçında ədaləti qoruyan Slavko Vinçiçin performansından məmnun qalan Türkiyə Futbol Federasiyası bundan sonrakı derbilərdə də əcnəbi hakimlərə şans verəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Slavko Vinçiçlə bərabər daha bir neçə əcnəbi hakim Türkiyədə keçiriləcək derbi matçlarında ədaləti qoruyacaq.
Türkiyə Futbol Federasiyası əcnəbi hakimlərə hər oyun üçün 3600 avro ödəyəcək.
Qeyd edək ki, sloveniyalı hakim Slavko Vinçiç "Qalatasaray" - "Fənərbağça" derbisini idarə etmək üçün 3600 avro alıb. Vinçiçin üç köməkçisi isə ayrı-ayrılıqda 2300 avro qazanıblar.
Bundan əlavə, Vinçiç və köməkçilərinə gündəlik 350 avro xərclik verilib.
Seçilən
105
50
oxu.az

10Mənbələr