“Tesla”nın baş direktoru İlon Maskın (Elon Musk) sərvəti bir gündə 22,2 milyard dollar azalıb.
Marja.az xəbər verir ki, çərşənbə axşamı, fevralın 25-də Tesla səhmləri 8,4% ucuzlaşaraq 302,8 dollara, bazar kapitallaşması isə 1 trilyon dollardan aşağı düşüb ki, bu da son üç aylıq minimum göstəricidir.
Səhm qiymətlərinin çökməsinə şirkətin Avropada elektrikli avtomobil satışlarının yanvar ayında 45% azaldığı barədə xəbər səbəb olub. Maskın bölgədə populyarlığının azalması səbəbindən, Tesla, 2024-cü ilin yanvar ayında Avropada 18 min 161 ədəd elektromobil satdığı halda, 2025-ci ilin Yanvar ayında 9 min 945 elektromobil sata bilib.
İlon Maskın Avropada populyarlığı onun daxili siyasətə qarışması səbəbindən xeyli aşağı düşüb. Yanvarda Mask Britaniyanın baş naziri Keir Starmeri ABŞ-da keçirilən prezident seçkilərinə xələl gətirmək cəhdində ittiham etmiş, fevralın əvvəlində isə Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ölkənin “yeganə ümidi” olduğunu söyləmişdi.
Bəzi investorlar narahatdırlar ki, İlon Masın DOGE üzərində işləməsi, potensial olaraq onun diqqətini Tesla-dan yayındırır və bəzi istehlakçılar üçün şirkətin brend cazibəsinə xələl gətirir.