AZ

Futbol azarkeşlərinə müjdə: ofsayd və VAR qaydaları dəyişdirilir

Milyonların sevimlisi olan idmanın futbol növündə qaydalar dəyişdirilir.
Offsideplus.az xəbər verir ki, oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) martın 1-də Şotlandiyanın paytaxtı Qlazqoda iclas keçirəcək

Gündəlikdə əsasən 4 yeni qaydaya dair məsələ durur. IFAB ilk növbədə ofsayd epizodlarında dəyişiklik etmək niyyətindədir. Məqsəd santimetrlik ofsaydlarla bağlı vəziyyəti optimallaşdırmaqdır. Çünki axır vaxtlar bir neçə santimetrə görə oyundan kənar vəziyyətlərin qeydə alınması, oyunun dayandırılması, mübahisəli qərarların verilməsi futbol azarkeşlərinin qıcığına səbəb olur. Əgər IFAB rəsmiləri razılığa gələ bilsələr, fanatların və futbolçuların belə ofsaydlardan canı qurtaracaq.

İkinci məsələ VAR sistemi ilə bağlı olacaq. Çox güman ki, futbolda da bəzi digər növlərdə (güləş, basketbol, tennis və s.) olduğu kimi, "challenger" tətbiq olunacaq. Bu halda, yalnız hakim deyil, hər iki komanda 1 və 2 dəfə oyunu dayandırıb, VAR-a müraciət etmək hüququna yiyələnəcək.

Eyni zamanda, matç zamanı itirələn vaxtın kompensasiya edilməsi də müzakirəyə çıxarılacaq. Bu problemi kökündən həll etmək üçün yenə digər idman növlərindəki təcrübəni tətbiq etmək istəyirlər. Basketbol, futzal və digər növlərdə olduğu kimi, top auta çıxanda, ciddi zədə və s. hallarda vaxtın dayandırılması qaydası qəbul oluna bilər.

Nəhayət, 4-cü dəyişiklik hakimlərin azarkeşlərlə kommunikasıyasına aiddir. Belə ki, ədalət təmsilçiləri mübahisəli məqamlarda qərarları mikrofon vasitəsilə bütün stadiona elan etməli olacaqlar. Bu qayda 2023-cü ildə qadın futbolçular arasında keçirilən dünya çempionatı və Paris Olimpiadası-2024-də tətbiq edilib.
Seçilən
78
2
sherg.az

3Mənbələr