AZ

İki hakimimiz UEFA-nın kurslarında iştirak edəcək

İki hakimimiz UEFA-nın kurslarında iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra jurnalistlərə açıqlamasında deyib.

Belçikalı mütəxəssis bunun ölkəmiz üçün faydalı olacağını vurğulayıb:

"Tural Qurbanov və Asiman Əzizli UEFA-nın təşkil edəcəyi kurslarda bilik və bacarıqlarını artıracaqlar. Ümidvaram ki, onlar Azərbaycana döndükdən sonra bacarıqlarını ölkənizdə tətbiq edəcəklər. Bu da Azərbaycanda futbolun səviyyəsinin artmasına töhfə verəcək".
Seçilən
182
50
football-plus.az

10Mənbələr