AZ

Kəngərlidə və Qaxda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Kəngərli rayonu üzrə nümayəndələrinin təşəbbüsü və Kəngərli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı məktəblilərlə Xocalı faciəsi haqqında geniş söhbət aparılıb.

QHT.az xəbər verir ki, bundan əlavə, Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə regional nümayəndəsi Məleykə Sadıqzadə və rayon fəalı Tərlan Kərimovun təşkilatçılığı ilə 27 fevral 2025-ci il tarixində "Xocalı - qan yaddaşımız" adlı anım tədbiri keçirilib. Tədbirdə Uşaq Səfirlər Məclisinin rayon fəalları və məktəb şagirdləri iştirak ediblər.

Çıxış edən Məleykə Sadıqzadə və könüllülərdən Tərlan Kərimov Xocalı soyqırımı haqqında məlumat verərək, bu gün Xocalı şəhidlərinin ruhunun şad olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub.

Tədbirin əsas məqsədi uşaqlara Xocalı faciəsinin unudulmamasını aşılamamaq və tarixi həqiqətləri onlara çatdırmaq olub.

Seçilən
128
qht.az

1Mənbələr