AZ

“Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin konsepsiyası açıqlanıb (ÖZƏL)

Bakı. Trend:

“TotalEnergies”, SOCAR və XRG “Abşeron” yatağının işlənməsininikinci mərhələsinin konsepsiyasını müəyyən ediblər.

Bu barədə Trend-ə “TotalEnergies”in Bakı ofisindənməlumat verilib.

"İkinci mərhələnin konsepsiyası dənizaltı hasilat və hasilatınsahilə çatdırılması sxemi əsasında qurulub. Quyular 500 metrdərinlikdə qazılacaq və onların ümumi uzunluğu 7000 metrdən çoxolacaq ki, bu da onları Xəzər dənizindəki ən dərin quyulardan biriedəcək. Hasil edilən karbohidrogenlər Səngəçal yaxınlığında sahilə140 kilometrlik çoxfazalı boru kəməri (qaz + kondensat) vasitəsilənəql olunacaq. Daha sonra qaz və kondensat ayrılaraq Səngəçalterminalının yaxınlığındakı Mərkəzi Emal Qurğularında emalediləcək", – şirkətdən bildirilib.

“TotalEnergies”in məlumatına görə, ikinci mərhələ çərçivəsindəhasilatın pik həddi gündə 12,7 milyon kubmetr qaz (ildə 4,5 milyardkubmetr) və gündə 37 000 barrel kondensat təşkil edəcək ki, bu daartıq birinci mərhələdə hasil edilən həcmləri tamamlayacaq.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometrşimal-şərqdə yerləşir.

“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayındanetibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir.

Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olanqazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilənəql olunur.

X: @Lyaman_Zeyn

Seçilən
69
az.trend.az

1Mənbələr