AZ

?OpenAI? yeni süni intellekt modelini təqdim edib

Amerikanın ?OpenAI? şirkəti yeni ?GPT-4.5? süni intellekt modelini təqdim edib. Bildirilir ki, yeni model istifadəçilərə daha dəqiq cavab verir və yazı, o cümlədən proqramlaşdırma üçün çox faydalıdır. ?OpenAI? vurğulayır ki, ?GPT-4.5? əvvəlki modellərə nisbətən daha az səhvə yol verir.

Şirkət 3 mart 2025-ci il həftəsində çat-botu ?Plus? və ?Team?, sonra isə ?Enterprise? və ?Edu? istifadəçiləri üçün əlçatan etməyi planlaşdırır. ?o1? süni intellekt modelindən fərqli olaraq, ?GPT-4.5? cavab verməzdən əvvəl ?düşünmür?. Şirkət hesab edir ki, gələcəkdə bu iki yanaşma bir-birini tamamlayacaq.

Qeyd edək ki, ?GPT-4.5? hələki səs və video rejimi dəstəkləmir. ?GPT-4.5?in sələfi ?GPT-4?dən qat-qat güclü olacağı gözlənilir. Eyni zamanda, şirkət may ayının sonunda elan edilməsi planlaşdırılan ?GPT-5? modeli üzərində işləyir.

Seçilən
73
banker.az

1Mənbələr