AZ

Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb - FOTO

Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb .

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Operativ Media xəbər verir ki, təmir işləri səbəbindən həmin yolda sıxlıq yaranıb.

Qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və "Xırdalan" dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən diqqətli olmaları tövsiyə edilir.

Seçilən
71
8
operativmedia.az

10Mənbələr