"Milan"ın portuqaliyalı cinah oyunçusu Rafael Leau əfsanəvi Kakanın uğurunu təkrarlayıb.
QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Leau ötən gecə A seriyasının 9-cu turundan təxirə salınan "Bolonya" ilə matda fərqlənib. Bu, onun cari mövsümdə 6-cı qolu olub.
Nəticədə Leau Kakadan sonra ardıcıl 6 mövsüm A seriyasında 5-dən çox qol vuran ilk oyunçu olub.
Kaka 2003/04 və 2008/09 mövsümlərində 5+ qol vurub.