AZ

Rafael Lean "Milan" əfsanəsinin rekordunu təkrarladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Milan" klubunun futbolçusu Rafael Lean İtaliya təmsilçisinin braziliyalı sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının IX turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.
Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl altı mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.
Qeyd edək ki, "Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.
Seçilən
111
30
oxu.az

10Mənbələr