“Dok” ləqəbli Vardan Qukasyan həbs edilib və Las Veqasdakı Henderson Təcridxanasında saxlanılır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qukasyanın ABŞ-də saxlandığı barədə məlumatlar var. Onun partiyası onun nəzarət altında olduğunu və məhbus statusunun olmadığını iddia edir.
Onun Ermənistana deportasiya oluna biləcəyi ilə bağlı versiya da var.
Xuraman Etibarlı
İnterpress.az