AZ

Çində 17 uşağı oğurlayaraq satan qadın edam edilib

Bakı, 28 fevral, AZƏRTAC

Çində cinayət ortaqları ilə birlikdə 17 uşağı oğurlayaraq satan qadın edam edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Ali Xalq Prokurorluğu açıqlama yayıb.

Məlumata görə, oktyabr ayında Quyçjou əyalət məhkəməsi uşaqları qaçıraraq satmaqda ittiham olunan 61 yaşlı Yu Huayinqi ölüm cəzasına məhkum edib. Qərar Ali Xalq Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra fevralın 28-də hökm icra olunub.

Məhkəmə tərəfindən müəyyən edib ki, 1993-2003-cü illərdə Yu Huayinq və onun cinayət ortaqları Quyçjou və Yunnan əyalətlərində, həmçinin Çuntsin şəhərində 17 uşağı oğurlayaraq Hebey əyalətində satıblar. Satılan birinci uşaq Yu Huayinqin öz övladı olub.

Seçilən
80
2
azertag.az

3Mənbələr