AZ

Paşinyanın daha bir yaxını qarət olundu

Xəbər verdiyimiz kimi Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan qarət olunub. Bu gün isə "Joğovurd" qəzeti bu mövzuda diqqət çəkən məqalə dərc edib. Müəllif yazıb ki, Paşinyanın sözçüsünə oğurluq nəticəsində təxminən 50 min dollar məbləğində ziyan dəyib.

"Bundan əvvəl aidiyyəti qurumlar xəbər yaymışdı ki, fevralın 26-da İrəvanda Ermənistan baş nazirinin mətbuat katibinin mənzili qarət edilib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətdə əli olduğu iddia edilən qrupu tapıb. Oğrular Baqdasaryanın evinə xüsusi açarla giriblər. Nazeli isə hadisə ilə bağlı mediaya şərh vermək istəməyib. Amma o, yaxınlarına bahalı zinət əşyaları və saatlarının oğurlandığını deyib", - məqalədə yazılıb.

Xatırladaq ki, dekabr ayında Paşinyanın qaynı, deputat Qraçya Akopyanın da malikanəsindən pul, qızıl-zinət əşyaları və saat oğurlanmışdı.

Tural

Seçilən
73
50
news365.az

10Mənbələr