AZ

Fransadan Əlcəzairə şok tələb: müdaxilə etməyə hazırlaşırlar

Əlcəzair Fransa hökumətinə 1968-ci il İmtiyazlı İmmiqrasiya Müqaviləsinə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanat Fransanın baş naziri Fransua Bayrunun dünən ölkəsinin Əlcəzair vətəndaşlarına xüsusi status verən 1968-ci il müqaviləsi ilə bağlı fikirlərindən sora verilib. Bayru müqaviləyə yenidən baxılması barədə düşünməli olduğunu və bunun üçün 1-6 həftə arasında vaxt verməyin lazım olduğunu bildirib.

Əlcəzair XİN Bayrunun bu tələbi rədd edib: "1968-ci il İmtiyazlı Miqrasiya Müqaviləsinə hər hansı müdaxilə Əlcəzairin eyni xarakterli digər razılaşma və protokollarla bağlı oxşar qərarına səbəb olacaq. Əlcəzair ultimatumlar, müddət tələbləri və təhdidlərlə üzləşməkdən qəti şəkildə imtina edir".

Seçilən
42
publika.az

1Mənbələr