AZ

Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb - Yenilənib

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb...

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd olunub ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olub. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

***

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Poliqon.info

Seçilən
39
3
poliqon.info

10Mənbələr