AZ

Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlandı

Bakı. Trend:

Gəncə şəhəri ərazisində əmək hüquqlarının pozulması hallarıbarədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğundaaraşdırma aparılıb.

Bu barədə Trend-ə Gəncə şəhərprokurorluundan məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəlişəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydadaəmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərinişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyənedilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeylisayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Seçilən
37
31
az.trend.az

10Mənbələr