AZ

bp-də çalışan növbəti BANM MBA məzunu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları əldə etdikləri yüksək keyfiyyətli təhsil və zəngin təcrübələri ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda önəmli şirkətlərdə fəaliyyət göstərirlər.

“İki sahil” xəbər verir ki, məzunlar öz bacarıq və bilikləri ilə Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verərək, dünya miqyasında tanınan transmilli şirkətlərdə mühüm vəzifələrdə çalışaraq ölkəmizin beynəlxalq biznes aləmindəki mövqeyini gücləndirirlər.

Onlardan biri də Bakı Ali Neft Məktəbinin MBA məzunu Ülkər Ağahüseynovadır.

Ülkər 2019-cu ildə Kimya mühəndisliyi ixtisasını bitirib. Eyni il 98 bal toplayaraq BANM-ın MBA proqramına qəbul olub.

2021-ci ildə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə MBA diplomunu əldə edən Ülkər, həmçinin Cenevrə Biznes Məktəbi ilə birgə həyata keçirilən ikili diplom proqramını da uğurla tamamlayıb.

Ülkər, GBS Oil & Gas Management sahəsində geniş təcrübəyə malikdir. Hazırda bp şirkətində Korroziya və materiallar mühəndisi kimi fəaliyyət göstərir. Bundan əvvəl isə Halliburton şirkətində iki il boyunca Quyu tamamlanması mühəndisi vəzifəsində çalışıb.

Seçilən
60
1
ikisahil.az

1Mənbələr