İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə atəşkəs rejimini pozaraq hücumu nəticəsində bir fələstinli həlak olub.
"Cebheinfo.az"-ın Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən məlumatına görə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzzanın cənubundakı Rəfah şəhərinin mərkəzini hədəf alıb.
18 yaşlı Rad Nidal əl-Amvasi İsrailin hücumu nəticəsində həyatını itirib.
İsrail gəmilərinin Qəzza şəhəri sahillərində atəş açması nəticəsində iki fələstinli balıqçı yaralanıb.