AZ

İran keçən il ən azı beş psixi və zehni çatışmazlığı olan şəxsi edam edib

Bu barədə İran İnsan Haqları Təşkilatı fevralın 27-i yaydığıə hesabatda məlumat verib.

Hesabatda vurğulanıb ki, İran belə qərarları icra etməklə öz daxili qanunlarını və beynəlxalq öhdəliklərini pozub.

İran İnsan Haqları Təşkilatı edam edilənlərdən dörd nəfərin, Məhəmməd Qubadlının, Raşid Bəlucun, Əlirza Rəzavi Xaliqabadinin və İzzət Seyyidinin adlarını çəkib və qeyd edib ki, onlar psixi və zehni pozuntulardan əziyyət çəksələr də İranın həbsxanalarında edam ediliblər.

Məhəmməd Qubadlı "Qadın, Həyat, Azadlıq" etirazlarında saxlanılanlardan olub və bir polis əməkdaşını əzərək öldürdüyü ittihamı ilə edam cəzasına məhkum edilib. Bu gənc etirazçının edam qərarının Ali Məhkəmədə ləğv edilməsinə baxmayaraq, qərar 23 yanvar 2024-cü il tarixində, səhər icra olunub.

Məhəmməd Qubadlının anası Məsumə Əhmədi oğlunun bipolyar pozuntuya malik olduğunu və etirazlardan öncə dərman qəbulunu dayandırdığını açıqlamışdı.

İran İnsan HaqlarıTəşkilatı vurğulayıb ki, psixi pozuntuları olan şəxslərin edamı İranın daxili qanunlarına ziddir, çünki İslam Cəza Qanununun 149-cu maddəsinin ikinci fəslinə görə, "Hər hansı bir şəxs cinayət törətdiyi zaman psixi pozuntu halında olarsa, iradə və ya qərarvermə qabiliyyəti olmazsa, o cinayət məsuliyyəti daşımır."

visiontv.az



Seçilən
51
visiontv.az

1Mənbələr