AZ

Londonda Ukrayna ilə bağlı Avropa sammiti keçiriləcək

Martın 2-də Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə Londonda böyük Avropa sammiti keçiriləcək.

AzPost bildirir ki, Starmer və Fransa prezidenti Emmanuel Makron müvafiq olaraq 27 və 24 fevralda Trampla apardıqları danışıqların nəticələri barədə həmkarlarına məlumat verəcəklər.

Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Hollandiya, Danimarka, Norveç, İsveç, Finlandiya, Rumıniya və Türkiyə liderlərinin bazar günü Londona gələcəyi gözlənilir.

İclasda həmçinin NATO-nun baş katibi, Avropa Komissiyasının sədri və Avropa Şurasının sədri  iştirak edəcək.

Seçilən
66
azpost.info

1Mənbələr