AZ

Tailanddan qalmaqallı addım: Bu hərəkəti ilə ABŞ və BMT-nin qəzəbinə səbəb oldu

Tailand 11 ildir ölkədə saxlanılan 40 uyğur türkünü deportasiya edərək Çinə göndərib. ABŞ və BMT Tailandın bu addımını pisləyib.

Publika.az xəbər verir ki, Tailandın baş naziri Paetonqtarn Şinavatra beynəlxalq hüquq və proseslərə uyğun hərəkət etdiklərini deyərək ölkəsini müdafiə edib.

ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı açıqlamasında bu addımı tənqid edib: "Tailand bir qrup uyğuru zorla Çinə qaytardı. Tailandın uzun müddətdir müttəfiqi olaraq, beynəlxalq öhdəliklərimizə zidd olan bu hərəkətindən narahatıq. Birləşmiş Ştatlar bu hərəkəti pisləyir. Biz Tailand hökumətini uyğurlarla ləyaqətlə rəftar edilməsini və onların hüquqlarının qorunmasını təmin etməyə çağırırıq”.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı da bu məsələni pisləyib.

Seçilən
26
publika.az

1Mənbələr