AZ

Ağdamda Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirilib - FOTO

Bu gün Ağdam Dövlət Peşə Təhsil Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirin keçirilməsində məqsədin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olduğu vurğulanıb.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti baş leytenant Murad Bəhmənli, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti leytenant Saleh Qurbanov mərkəzin tələbələri və mühəndis-pedoqoji heyəti iştirak edirdilər.

Tədbir Ulu Öndər H.Əliyevin və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Xanım Əliyeva 1 Mart Mülki Müdafiə günü,respublikamızda mülki müdafiə tədbirlərinin həyata keçirilməsi barədə giriş nitqi ilə çıxış edərək sözü FHN Qarabağ Regional Mərkəzinin əməkdaşlarına verdi.

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşı Baş leytenant Murad Bəhmənli çıxışı zamanı fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici məlumatları Mərkəzin tələbələri və mühəndis pedoqoji heyəti ilə bölüşüb.

Ağdamda Ağdamda Ağdamda Ağdamda Ağdamda Ağdamda Ağdamda Ağdamda Ağdamda
Seçilən
25
1
apa.az

2Mənbələr