AZ

Ərbakanın oğlu Dövlət Baxçalının zənginə cavab vermədi, gərginlik yarandı - Açıqlamalar

Təxminən 20 gün əvvəl ürəyindən əməliyyat olunan MHP sədri Dövlət Baxçalı sabiq baş nazir Necmettin Erbakanın ölümünün 14-cü ildönümü ilə əlaqədar Yeni Rifah Partiyasının sədri olan oğlu  Fatih Ərbakana zəng etsə də, telefonu cavabsız qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan qəzəblənən MHP dərhal açıqlama verərək, Fatih Ərbakanla görüş niyyətlərini geri götürdüklərini bəyan edib.

O, açıqlamasındın sonunda Necmeddin Erbakana Allahdan rəhmət diləyib: "Necmettin Erbakanı rəhmətlə xatırlayırıq”

"Necmettin Erbakanın oğlu Fatih Erbakan isə ötən seçkidə bir yerdə - Cumhur İttifaqında təmsil olunduqları MHP-nin bu davranışını anlaya bilmədiyini deyib: "Əvvəla, cənab Baxçalının ürək əməliyyatından dərhal sonra ona zəng vurduq ki, "keçmiş olsun" demək istəsək də, təxminən 15 gün bizə cavab verilmədi. Lkain biz br an olsun bundan alınmadıq. Ancaq dünən mərhum Ərbakan hocamızın vəfat ildönümü münasibəti ilə bizə etdiyi zəng Mərkəzi İcraiyyə Komitəsinin iclası ilə üst-üstə düşdüyündən danışa bilmədik deyə belə yersiz söhbətlər ortaya çıxarılıb. 1-2 saat sonra, daha dəqiqi, iclasdan çıxandan sonra mənə zəng haqqında məlumat verildi. Geri zəng etmək qərarına gəldik, amma nə oldusa, iki saat ərzində oldu. Anlamaq zordur, bəəym kiməsə sizə zəng edəndə, gözləmə rejimində olmalısınız?. Onların bu münasibəti bizi həqiqətən təəccübləndirdi və üzdü..."

Firudin Səfərli
MİA.AZ

Seçilən
51
2
mia.az

3Mənbələr