AZ

DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

Bakı. Trend:

Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitininmartın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buzbağlayacağı gözlənilir.

Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərəçıxan sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, Ötən həftədən yağan qarın yollarda yaratdığıçətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsihərəkəti iştirakçılarından daha da ehtiyatlı olmağı tələb edir.

"DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollardayaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarınıntəhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruritədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonuavtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərəalaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlamaehtimalını unutmamağı, səfərlərini mümkün qədər günün işıqlıvaxtına planlaşdırmağı, texniki-təhlükəsizlik baxımından yararsız,mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı,təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşımafəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsizmarşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir",- deyəmüraciətdə qeyd edilib.

Məqalədə:
Seçilən
25
49
az.trend.az

10Mənbələr